Bank Of Baku

MDB ölkələri humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının Bakı forumu başa çatıb

MDB ölkələri humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının Bakı forumu başa çatıb
# 13 oktyabr 2010 14:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakıda oktyabrın 12-də başlayan MDB ölkələri humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının forumu başa çatıb. APA-nın məlumatına görə, forumun yekunları ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev deyib ki, forumda səkkiz ölkə - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Ukraynadan olan rektor və dekanlar iştirak edib. K. Abdullayev bu forumun ilk dəfə keçirildiyini, amma sonuncu olmayacağını söyləyib.

Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar isə bildirib ki, bu forum gələcək nəsil üçün də çox əhəmiyyətlidir: “Bizim məqsədimiz yalnız ali məktəb rektorlarını görüşdürmək deyil. Biz gələcəkdə tələbələrin bir-biri ilə əlaqə qurmasını istəyirik. Bu forum gələcəkdə gənclərin bir-biri ilə daha yaxından əlaqə qurmasına yardım edəcək”.

Forumun yekununda Memorandum imzalanıb. Bu Memorandum ölkələr arasında elmi sahə üzrə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yönəlib. Memorandumda nəzərdə tutulub ki, forum MDB məkanında humanitar ali məktəb və humanitar fakültələrin daimi fəaliyyət göstərən birliyi hesab edilsin, eyni zamanda, forum haqqında məlumatların yayılması üçün forumun saytı yaradılsın. Forumun hər il keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR