Bank Of Baku

Gələn il Azərbaycanda plastik pensiya kartları dəyişdiriləcək

Gələn il Azərbaycanda plastik pensiya kartları dəyişdiriləcək
# 13 oktyabr 2010 16:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Gələn il Azərbaycanda pensiyaçıların istifadəsində olan plastik kartlar dəyişdiriləcək.

APA-nın məlumatına görə, bunu Milli Məclisdə çıxışında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Deputatların kənd yerlərində pensiyaların alınmasını asanlaşdırmaq məqsədilə bankomatlar qoyulması və bankomat şəbəkəsinin genişləndirilməsi barədə təkliflərini dəyərləndirən S.Müslümov bildirib ki, bu işlər DSMF-nin müraciəti əsasında «Kabital Bank» və Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilir. Fond ehtiyac olan yerlərin siyahısını bu banklara təqdim edir.

S.Müslümov bildirib ki, gələn il DSMF pensiyaların çatdırılması üçün bankların seçiminə dair tender keçirəcək. Tenderin şərtləri sırasına deputatların təklifləri nəzərə alınaraq, əhalisi çox olan kənd yerlərində bankomatların qurulması da salınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR