Bank Of Baku

Rusiyada əhalinin siyahıyaalınmasına başlanıb

Rusiyada əhalinin siyahıyaalınmasına başlanıb
# 14 oktyabr 2010 10:07 (UTC +04:00)
APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, ilk olaraq Primorye və Kamçatkadan başlanan proses oktyabrın 14-dən 25-nə qədər davam edəcək.

Rusiyanın bölgələrində yerli milis siyahıyaalmaya hazırlıq çərçivəsində daimi yaşayış və iş yeri olmayanların, o cümlədən bomjların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün xüsusi əməliyyat keçirib. 17 mlrd. rubla (567 mln. dollara) başa gələcək siyahıyaalmanın yekunları 2011-ci ilin sonunda açıqlanacaq. Prosesin təhlükəsizliyini təmin etmək üçün 130 min milis əməkdaşı səfərbər olunub.

Təkcə Moskvada siyahıyaalma prosesinə 50 min nəfər cəlb olunub. Onlardan 37 min nəfəri ali məktəb tələbələridir. Bu tələbələr siyahıyaalma başa çatanadək dərslərdə iştirak etməyə bilərlər.

Qeyd edək ki, Rusiyada əhalinin siyahıyaalınması sonuncu dəfə 2002-ci ilin oktyabrında keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR