Bank Of Baku

Azərbaycanda 1 milyona yaxın insan talassemiya xəstəliyinin daşıyıcısıdır - FOTO

Azərbaycanda 1 milyona yaxın insan talassemiya xəstəliyinin daşıyıcısıdır - <font color=red>FOTO</font>
# 14 oktyabr 2010 11:14 (UTC +04:00)
APA-nın məlumatına görə, Hematologiya və Transfuziologiya İnstitutunun klinikasının baş həkimi İsgəndər Bağırov bildirib ki, dünyada çox yayılmış qan xəstəliklərindən Azərbaycanda daha çox bu patologiyalar-irsi hemolitik anemiya, qazanılmış anemiya və onkohematoloji xəstəliklərə rast gəlinir. İrsi hemolitik anemiyalardan olan talassemiyaya görə hazırda Azərbaycanda 1600 nəfər böyük və intermedia formalı talassemiya diaqnozu ilə müalicə edilir, 800 min - 1 milyon nəfər isə bu xəstəliyin daşıyıcısıdır. Ümumilikdə Azərbaycanda hər 12 nəfərdən biri bu xəstəliyin daşıyıcısıdır. Daşıyıcıların 99 faizi isə kişilərdir.
Qazanılmış anemiyalardan isə dəmir defisitli anemiyalar daha çox yayılıb. Bu xəstəlik hamilə qadınlarda 40 faizə qədər təsadüf edilir. İ. Bağırov deyib ki, alimlərin apardığı araşdırmalar nəticəsində yeniyetmə yaşlı qızlarda daha çox gizli dəmir defisitinin olduğu məlum olub.
İ. Bağırov deyib ki, müasir təbabətin mühüm bölmələrindən olan onkohematologiya qrupuna daxil olan xəstəliklərin əksəriyyətini leykozlar təşkil edir. Leykozların etioloji faktorları isə aydın olmayaraq qalır. Buna görə də leykozların öyrənilməsi sahəsində tədqiqatların inkişafı vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR