Bank Of Baku

ADU-nun rektoru Meksika səfiri ilə görüşüb

ADU-nun rektoru Meksika səfiri ilə görüşüb
# 14 oktyabr 2010 12:47 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Oktyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası daimi komitəsinin sədri, Azərbaycan Dillər Universitetin (ADU) rektoru Səməd Seyidov Meksika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Jaime Enrike Qarsiya Amaral ilə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Dağlıq Qarabağ münaqişəsinə toxunulub, qarşıdan gələn parlament seçkiləri, ölkələrarası və universitetlərarası əlaqələr və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Qonaq Meksika universitetlərindən dil və digər sahələr üzrə mütəxəssislərin Azərbaycan Dillər Universitetində tədris prosesinə qatılmasını məqbul sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR