Bank Of Baku

Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı Almaniyada səfərdə olub

Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı Almaniyada səfərdə olub
# 14 oktyabr 2010 15:49 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Almaniya Federal Ədliyyə Nazirliyinin dəvəti ilə “Məhkəmə qərarlarının və cəzaların icra olunması üzrə təcrübə mübadiləsi” mövzusunda seminarda iştirak etmək üçün Azərbaycanın nümayəndə heyəti Berlində səfərdə olub. APA-nın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, seminarda icra məmurlarının fəaliyyəti və azadlıqdan məhrumetmə ilə əlaqədar olan cəzaların icrası təcrübəsi ətrafında müzakirələr aparılıb. Alman mütəxəssisləri Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları ilə yaxından tanış olmaq və təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycana dəvət olunublar.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Berlində Şarlottenburq cəzaçəkmə müəssisəsinə də baş çəkilərək yaradılan şəraitlə tanış olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR