Bank Of Baku

“BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 10 illiyi – nailiyyətlər, perspektivlər” mövzusunda konfrans keçirilib

“BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 10 illiyi – nailiyyətlər, perspektivlər” mövzusunda konfrans keçirilib
# 15 oktyabr 2010 08:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 10 illiyi – nailiyyətlər, perspektivlər” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, komitə sədri Hicran Hüseynova deyib ki, gender və hüquq bərabərliyi demokratik cəmiyyətin mühüm əsaslarından biridir. O bildirib ki, BMT-nin 10 il əvvəl qəbul etdiyi 1325 saylı qətnamədə qadınlarla bağlı çoxlu bəndlər var: “Bizim üçün qadınların, xüsusilə münaqişə zonasında olan qadınların problemi əsas yeri tutmalıdır”.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard Azərbaycanın bu qətnamənin müddəalarına və öhdəliklərinə böyük məsuliyyətlə yanaşdığını söyləyib.

Tədbir iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevə, Milli Məclisə, ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə göstərilir ki, gender prinsipləri dövlət kadr siyasətində nəzərə alınmalı, qadınların qərar qəbuletmə prosesində iştirakına mane olan faktorlar öyrənilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR