Bank Of Baku

Qarabağ İctimai Forumu tərəfindən keçirilən sorğunun ilkin nəticələri açıqlanıb

Qarabağ İctimai Forumu tərəfindən keçirilən sorğunun ilkin nəticələri açıqlanıb
# 15 oktyabr 2010 09:48 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Qarabağ İctimai Forumu tərəfindən Qarabağ problemi ilə bağlı vətəndaş cəmiyyətinin fəaliyyətinin öyrənilməsi məqsədi ilə ictimaiyyət arasında keçirilən sorğunun ilkin nəticələrinin açıqlanmasına həsr olunan təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə qeyd edilib ki, sorğunun ilkin nəticələrinin təhlili zamanı bəlli olub ki, rəyi öyrənilən respondentlərin əksəriyyətini Qarabağ probleminin həlli ilə bağlı görülən işlər qane etmir.

Qarabağ probleminin həlli istiqamətində aparılan təbliğat işlərində fəallıq göstərən qurumlar sırasında respondentlər daha çox Heydər Əliyev Fondunun, Dünya Azərbaycanlıları Konqresinin, Qarabağ Azadlıq Təşkilatının adlarını qeyd ediblər.
Sorğuda 973 nəfər respondent iştirak edib. Onlardan 48, 5 faizi qadınlar, 51, 5 faizi isə kişilərdir. Rəyi soruşulanların 54 faizi Qarabağ problemi ilə bağlı aparılan təbliğat işini qaneedici saymayıb, 27, 5 faizini isə bununla qane olduğunu qeyd edib.

Bu sahədə KİV-in və vətəndaş cəmiyyətlərinin fəaliyyəti respondentlərin cəmi 28, 5 faizini qane edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR