Bank Of Baku

ARDNŞ-in ali məktəb tələbələri üçün təsis etdiyi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsi oktyabrın 17-də keçiriləcək

ARDNŞ-in ali məktəb tələbələri üçün təsis etdiyi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsi oktyabrın 17-də keçiriləcək
# 15 oktyabr 2010 11:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Dövlət Neft Şirkətinin ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsini keçirir. Komissiyadan APA-ya verilən məlumata görə, müsabiqənin I mərhələsi üzrə test imtahanı oktyabrın 17-də keçiriləcək.

ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Hazırkı müsabiqədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları”, “Neft-qaz yataqlarının işlənməsi və istismarı”, “Sənaye mühəndisliyi (neft və qaz sənayesi üzrə)” və digər ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər. Qeydiyyat iyulun 1-dən 21-dək və sentyabrın 13-dən 19-dək ARDNŞ tərəfindən aparılıb.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR