Bank Of Baku

Azərbaycanda adları dəyişdirilən orta ixtisas təhsili məktəblərinin standartları yenidən hazırlanıb

Azərbaycanda adları dəyişdirilən orta ixtisas təhsili məktəblərinin standartları yenidən hazırlanıb
# 15 oktyabr 2010 12:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Nazirlər Kabinetinin bu il iyunun 16-da verdiyi qərarla adları dəyişdirilən orta ixtisas təhsili müəssisələrinin mütəxəssis hazırlığı üzrə bütün standartlar yenidən hazırlanıb. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili Şöbəsinin müdiri İlham Mustafayev deyib. Onun bildirdiyinə görə, orta ixtisas məktəblərinin adları dəyişdirildikdən sonra fənlərin çeşidinə yenidən baxılıb, təhsilin məzmununda köklü dəyişikliklər edilib. Nazirlik bu təhsil müəssisələrində tədris edilən fənlərin sayını azaldıb, bəzi inteqrativ fənlər əlavə edib, semestr ərzində həftələrin sayını tənzimləyib: “Artıq kolleclər subbakalavr dərəcəsi üzrə mütəxəssis hazırlayacaq. Ona görə də biz elə etdik ki, orta ixtisas təhsilindən ali təhsilə keçid zamanı varislik təmin edilsin. Çalışdıq ki, kollecin sonuncu kursunda keçirilən fənlər ali məktəblərin I kursundan keçirilən fənlərə yaxın olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR