Bank Of Baku

Şamaxıda 7 xəstə üzərində açıq ürək əməliyyatı keçiriləcək

Şamaxıda 7 xəstə üzərində açıq ürək əməliyyatı keçiriləcək
# 15 oktyabr 2010 16:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Heydər Əliyev Fondu Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə əməkdaşlığı çərçivəsində ARDNŞ-ın Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Şamaxı Müalicə-Diaqnostika Mərkəzində növbəti humanitar aksiya keçirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanası Ürək-Damar Xəstəlikləri Mərkəzinin yüksək ixtisaslı kardiocərrahiyyə briqadası bu bölgədən olan 7 nəfər üzərində açıq ürək əməliyyatları icra edəcək. Bu, eyni zamanda Azərbaycanın Şirvan bölgəsinin paytaxtı sayılan qədim Şamaxının səhiyyə tarixində bir yenilikdir. Çünki indiyədək burada bu cür mürəkkəb və unikal əməliyyatlar ilk dəfədir ki, icra olunur.

Həyatda qalma şansları mürəkkəb və son dərəcə peşəkarlıq tələb edən tibbi müdaxilədən asılı olan bu insanlar arasında anadangəlmə ürək qüsuru ilə doğulmuş bir neçə azyaşlı uşaq, erməni təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımız da var.

Heydər Əliyev Fondu ilə ARDNŞ-ın son illərdə ardıcıl şəkildə həyata keçirdikləri bu cür humanitar aksiyalar ciddi ürək problemləri ilə üzləşən yüzlərlə Azərbaycan vətəndaşının şəfa tapmasına və bu xəstəlikdən biryolluq qurtulmasına səbəb olub.

Əməliyyatlara MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov rəhbərlik edir. O bildirib ki, regionlarda inşa olunan Müalicə-Diaqnostika mərkəzlərində bu günə qədər 168 xəstə üzərində açıq ürək əməliyyatları, 500-dən çox xəstə üzərində angeoqrafiya müayinələri aparılıb və hazırda bu iş davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR