Bank Of Baku

ADU-da sağlam həyat tərzi mövzusunda tədbir keçirilib

ADU-da sağlam həyat tərzi mövzusunda tədbir keçirilib
# 16 oktyabr 2010 09:31 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Dillər Universitetində (ADU) “Gənclər və sağlam həyat tərzi” və “Bəzi genetik xəstəliklər və reproduktiv sağlamlıq” mövzusunda tədbir keçirilib.

Bu barədə APA-ya ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib.

Onun sözlərinə görə, tədbirdə ADU-nun Mülki Müdafiə kafedrasının müdiri, biologiya elmləri namizədi, dosent Sevda Zamanova, adıçəkilən kafedranın baş müəllimi, “Konsilium” elmi-kütləvi tibb jurnalının baş redaktoru Nazim Məmmədov, tibb elmləri doktoru, “Sağlam Nəsil” İctimai Birliyinin rəhbəri Nigar Kamilova, həmin kafedranın müəllimi, tibb elmləri namizədi, “Sağlam Nəsil” İB-nin əməkdaşı Sevinc Məmmədova və ADU-nun 1 saylı İngilis dili fakültəsinin II kurs tələbələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, stressdən yayınmaq, pis vərdişlərdən uzaqlaşmaq və fəal fiziki həyat tərzi sürməklə də sağlamlığı müəyyən dərəcədə qorumaq mümkündür. Tələbələrə bildirilib ki, təkcə öz sağlamlıqları baxımından deyil, gələcəyin ata-anaları olaraq dünyaya sağlam övlad gətirmələri naminə gigiyenik qaydalara riayət etmələri, eləcə də mütəmadi tibbi yoxlanışlardan keçmələri vacibdir.

Tədbir qarşılıqlı sual-cavab şəraitində davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR