Bank Of Baku

Rusiyada poçt şöbələrində ərzaq və dərman da satılacaq

Rusiyada poçt şöbələrində ərzaq və dərman da satılacaq
# 16 oktyabr 2010 10:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Rusiyanın poçt şöbələrində ərzaq və dərman ticarətinə başlanılır.

«APA-Economics»in məlumatına görə, artıq Moskvadakı poçt şöbələrində ərzaq və qeyri-ərzaq mallarının satışı üzrə xüsusi zonalar yaradılıb, noyabrdan isə satışa dərman preparatları da çıxacaq.

“Kommersant” qəzeti yazıb ki, bu təcrübə özünü doğrultsa, Rusiya poçtunun 42 min şöbəsinin hamısında tətbiq edilməyə başlanacaq. Poçt müəssisəsində bu yeniliyi təbii sayırlar: «Əgər mala tələbat varsa, niyə onu satmayaq?»

İlin sonunadək Moskvada 20, 2011-ci ildə isə 135 belə mağazanın açılması gözlənilir. İlkin hesablamalara görə, hər mağazada ayda 2 milyon rubl (60 min dollar) məbləğində mal satıla biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR