Bank Of Baku

Milli Oftalmologiya Mərkəzi Lənkəranda humanitar aksiya keçirib

Milli Oftalmologiya Mərkəzi Lənkəranda humanitar aksiya keçirib
# 16 oktyabr 2010 13:33 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) həkim briqadası Lənkəran rayonunda humanitar aksiya keçirib.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, iki gün davam edən aksiya zamanı görmə qabiliyyətində problemi olan 200-ə yaxın rayon sakini ən müasir tibbi avadanlıqlar vasitəsilə müayinə edilib, operativ müdaxiləyə ehtiyacı olan 60 xəstə müəyyənləşdirilib, digərləri isə ambulator müalicəyə cəlb olunub.

Qeyd edək MOM-un analoji tədbirləri cənub bölgəsinin digər rayonlarında davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR