Bank Of Baku

Bakıda BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin 10 illiyi ilə əlaqədar konfrans keçirilib

Bakıda BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin 10 illiyi ilə əlaqədar konfrans keçirilib
# 16 oktyabr 2010 14:29 (UTC +04:00)
Bakı - APA. Bakıda “BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin 10 illiyi: nailiyyətlər, perspektivlər” mövzusunda konfrans keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə dövlət qurumları, QHT-lər və nüfuzlu beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən ofislərinin nümayəndələri qatılıblar.

Tədbirin təşkilatçıları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT Əhali Fondunun baş müşaviri Fərid Babayev, Qadın Problemlərinin Tədqiqat Birliyinin Qadın İnstitutunun direktoru Səcidə Əbdülvahabova konfransın məqsəd və məramını açıqlayıb, qadınların cəmiyyətdə, qərar qəbuletmədə geniş təmsil olunmasının zəruriliyini vurğulayıblar.

Konfransda çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, sülh mövzusu zaman və məkandan asılı olmayaraq, bəşər övladının hər zaman ən ümdə arzusu və diləyi olub: “İnsan hüquqları isə bütünlükdə sülh məfhumu ilə ayrılmaz bir vəhdət təşkil edir. Bunların sırasında ən önəmlisi yaşamaq hüququdur. Yaşamaq hüququ pozulduqda isə digər hüquqların mövcudluğu mümkünsüz olur”.

Ombudsman qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsi qadın, sülh və təhlükəsizlik məsələlərini özündə əks etdirməklə gender təhsilinin, sülh hüququnun gerçəkləşdirilməsi, sülh mədəniyyətinin təbliği, sülhün, təhlükəsizliyin qorunub saxlanılmasında qadınların rolu, qadınların idarəçiliyə cəlb edilməsi, qərar qəbuletmədə bərabər hüquqlu iştirakını tövsiyə edir.

Müvəkkil ölkəmizdə qadınların sülh mədəniyyəti, eləcə də demokratik idarəetmə mədəniyyətini öyrənməsinin, bu istiqamətdə təşəbbüslərin irəli sürülməsinin, bu sahədə ölkədə qadınların vahid güclü hərəkatının yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR