Bank Of Baku

BMT-nin baş katibi: “Qlobal iqtisadi böhran daha 64 milyon insanı yoxsulluğa sürükləyib”

BMT-nin baş katibi: “Qlobal iqtisadi böhran daha 64 milyon insanı yoxsulluğa sürükləyib”
# 18 oktyabr 2010 10:28 (UTC +04:00)
BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilir ki, bu gün dünyanın işləyən əhalisinin yarısından çoxu qeyri-stabil işlə təmin olunub. Onların rəsmi əmək müqavilələri, sosial müdafiəsi yoxdur və çox az qazanırlar.

Baş katib bəyan edib ki, qlobal iqtisadi böhran təxminən daha 64 milyon insanı yoxsulluğa sürükləyib və 2007-ci ildən bəri işsizlərin sayı 30 milyondan da çox artıb. O, ötən ay Nyu-Yorkda Minilliyin İnkişaf Məqsədləri ilə bağlı keçirilən sammitdə dünya liderlərinin yoxsulluğa qarşı qlobal mübarizəni gücləndirmək üçün fəaliyyət planını razılaşdırdıqlarını söyləyib: “Dünyanın bir çox ölkəsində bu sahədə ruhlandırıcı irəliləyişlərin olmasına baxmayaraq, yüz milyonlarla insan hələ də dəhşətli şəraitdə, hətta ən zəruri xidmətlər olmadan yaşayır. Bu vəziyyətin dəyişdirilməsi, yoxsulluğun məğlub edilməsi, iqtisadiyyatların gücləndirilməsi, dinc və sabit cəmiyyətlərin qurulması üçün əsas məsələ qlobal iş böhranını həll etməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR