Bank Of Baku

Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən 4 apteki bağlayıb

Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən 4 apteki bağlayıb
# 18 oktyabr 2010 12:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət Şöbəsi əczaçılıq fəaliyyəti qaydalarının, o cümlədən, dərman preparatları və tibb ləvazimatlarının alınması, saxlanması, satılması və keyfiyyətinin qanunauyğunluğunu yoxlamaq məqsədi ilə ölkə ərazisində fəaliyyət göstərən 103 aptekdə reyd keçirib. Nazirlikdən APA-ya verilən məlumata görə, reydlər zamanı apteklərdən Səhiyyə Nazirliyinin icazəsi olmadan respublikaya idxal olunmuş və yararlıq sertifikatı olmayan 5974 qutu və istifadə müddəti bitmiş 110 qutu dərman preparatları müsadirə edilərək götürülüb. Xüsusi razılıq (lisenziya) olmadan qanunsuz əczaçılıq fəaliyyəti göstərən 4 obyektin fəaliyyəti dayandırılıb. Lisenziyasız əczaçılıq fəaliyyəti ilə məşğul olduğuna görə həmin obyektlərin sahiblərinə inzibati xətalar haqqında cərimə protokolları tərtib edilib. Hazırda reydlər davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR