Bank Of Baku

“İnsanlığa hörmət edək” adlı əlilliyə qarşı stiqma kampaniyasına start verilib

“İnsanlığa hörmət edək” adlı əlilliyə qarşı stiqma kampaniyasına start verilib
# 18 oktyabr 2010 13:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakıda “İnsanlığa hörmət edək” adlı əlilliyə qarşı stiqma kampaniyasına start verilib. APA-nın məlumatına görə, 2 ay davam edəcək layihə Azərbaycana Birgə Yardım Təşkilatı tərəfindən Avropa Birliyi və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin dəstəyi ilə reallaşır. “İnsanlığa hörmət edək” adlı kampaniya Bakıda başlamış, gələcəkdə regionlarda da davam etdirilməsi nəzərdə tutulur.

Müxtəlif növ əlilliyi olan insanlar cəmiyyətdə stiqmaya məruz qalır. Stiqma adətən ailədən başlayır, bəzən valideynlər əlilliyi olan övladlarını cəmiyyətdən belə gizlədir. Əlilliyi olan insanlara qarşı ayrı-seçkilik göstərilərək, onlara şikəst, lal, kar, kor, əlil, debil və s. deyə müraciət olunur. Azərbaycana Birgə Yardım təşkilatının bu layihəni həyata keçirməkdə əsas məqsədi BMT-nin Əlilliyi olan İnsanların Hüquqları haqda Konvensiyanın tələblərinə uyğun olaraq cəmiyyətə əlilliyi olan insanlara düzgün müraciət formalarını çatdırmaq, dolayısı ilə əlilliyi olan insanlara qarşı ayrı-seçkiliyi aradan qaldırmaq, onlar haqda müsbət imicin formalaşmasına nail olmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR