Bank Of Baku

İçərişəhərdə beynəlxalq seminar keçirilir

İçərişəhərdə beynəlxalq seminar keçirilir
# 18 oktyabr 2010 13:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində UNESCO-nun təşkilati dəstəyi ilə “İçərişəhər irsinin konservasiyası və inkişafında “Tarixi şəhər landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq seminar keçirilir. Qoruq İdarəsindən APA-ya verilən məlumata görə, idarənin rəisi Mikayıl Cabbarov seminarın açılışında bildirib ki, Azərbaycan prezidentinin göstərişinə əsasən qoruq idarəsi yarandıqdan sonra idarə bərpa-konservasiya və inkişafı əks etdirən bir sıra əməli tədbirlər həyata keçirib: “Bu gün keçirilən tədbir də gələcəkdə bu istiqamətdə İçərişəhərdə görüləcək işlərə kömək edəcək”.

Seminarda “Qoruq idarəsinin institusional inkişafı”, “İçərişəhər: Canlı tarix. Növbəti 3-5 il üçün inkişaf strategiyası”, “Bakının tarixi mərkəzində ərazinin abadlaşdırılması. Varşava nümunələri”, “İçərişəhərin ərazi idarəetmə planı”, “İçərişəhərdə dünya irsi abidələrinin konservasiyası” mövzusunda müxtəlif təqdimatlar keçirilir.

Seminar oktyabrın 22-nə qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR