Bank Of Baku

Azərbaycan bəstəkarlarına aid fono-sənədlər dövlət mühafizəsinə qəbul edilib

Azərbaycan bəstəkarlarına aid fono-sənədlər dövlət mühafizəsinə qəbul edilib
# 18 oktyabr 2010 13:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Bəstəkarlar İttifaqından arxivə xeyli miqdarda çox qiymətli fono-sənədlər dövlət mühafizəsinə qəbul edilib. Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinin direktoru Yaqub Mədətov APA-ya bildirib ki,
bildirib ki, həmin sənədlər uzun illər bəstəkarların müxtəlif janrlarda yaradıcılığını əks etdirən qrammofon valları və maqnitofon lent yazılarıdır. Bunlar 1200-dən artıq qrammofon valları və 160 maqnitofon lent yazılarıdır. Bu sənədlər ötən əsrin 60-70-ci illərindən son dövrlərə qədər Azərbaycan bəstəkarlarının yaradıcılığı barədə tam təsəvvür yaradır. Hazırda həmin sənədlər dövlət uçotuna alınaraq elmi-texniki cəhətdən işlənib. Bütün bu sənədlər elmi-texniki şöbəsinin əməkdaşları tərəfindən xüsusi kimyəvi məhlulla-fuqisid üsulla təmizlənib qurudularaq rəqəmsal formata salınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR