Bank Of Baku

Marneulidə Gürcüstanın Ombudsman Aparatının nümayəndəsi ilə görüş keçirilib

Marneulidə Gürcüstanın Ombudsman Aparatının nümayəndəsi ilə görüş keçirilib
# 18 oktyabr 2010 14:35 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Marneulidə Gürcüstan Ombudsman Aparatının nümayəndəsi ilə QHT və mətbuat nümayəndələrinin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Gürcüstan Ombudsman aparatının nəzdində fəaliyyət göstərən etnik azlıqların hüquqlarının müdafiəsi üzrə şuranın koordinatoru Koba Çapliani, "Gürcüstanda Azərbaycanlı Gənclər İttifaqı" təşkilatının sədri Leyla Məmmədova, Elmi Araşdırmalar Assosiyasiyasının prezidenti Ehtiram Əmirxanlı və başqaları çıxış ediblər.

Sonra Gürcüstan Ombudsman aparatının nəzdində fəaliyyət göstərən etnik azlıqların hüquqlarının müdafiəsi üzrə şuranın koordinatoru Koba Çapliani QHT nümayəndələrinin suallarını cavablandırıb.

Gürcüstan Ombudsaman Aparatının nümayəndəsi Koba Çopliani APA-ya açıqlamasında bildirib ki, hər 6 aydan bir Gürcüstan Ombudsmanı parlament qarşısında hesabat xarakterli məruzə ilə çıxış edir: “Məhz buna görə də biz etnik azlıqların problemlərini və eyni zamanda uğurlarını, dövlətin və hakimiyyətin qəbul etdiyi qərarların onların yaşayış tərzinə necə təsir etdiyini öyrənir, qərarların müsbət və mənfi tərəflərini xarakterizə edir, respondentlərin yazılı təklif və rəyləri əsasında Gürcüstan Ombudsmanı parlament qarşısında çıxış edir. Əgər azlıqların müdafiəsində hüquq pozuntuları qeydə alınarsa, Ombudsman aparatı bu sahədə ciddi çalışır və yuxarı təşkilatlar qarşısında onların həlli üçün məsələlər qaldırır".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR