Bank Of Baku

Balakəndə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası istifadəyə verilib

Balakəndə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası istifadəyə verilib
# 18 oktyabr 2010 14:58 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası istifadəyə verilib.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzilə olan tələbatını və yaşam tərzini daim diqqətdə saxlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Balakən şəhərində 4 mərtəbəli, 36 mənzilli yaşayış binasının tikintisini sona çatdırıb. ƏƏSMN-in maliyyə vəsaiti hesabına inşa edilən yaşayış binasının tikintisinə 2009-cu ildə başlanılmışdı. Bu gün həmin yaşayış binasının açılış mərasimi keçirilib. Mərasimdə Balakən RİH başçısı Asif Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, müvafiq təşkilat nümayəndələri, yeni inşa edilən binada mənzil alan Qarabağ əlilləri və şəhid ailələri iştirak edib. Tədbirdə çıxış edən naziri F.Ələkbərov yeni mənzil alan sakinləri təbrik edərək bildirib ki, bu ilin sonuna kimi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Balakən rayonunda daha 5 fərdi yaşayış evinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulub. Nazir çıxışında vurğulayıb ki, bu günə kimi ölkədə 3600 nəfərə yaxın insan ƏƏSMN-in maliyyə vəsaiti hesabına inşa edilmiş mənzillərlə təmin edilib.

Tədbirdə çıxış edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri göstərilən qayğıya görə dövlət başçısına və ƏƏSMN rəhbərliyinə təşəkkürlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR