Bank Of Baku

Bakıda “Gənc Alimlərin I Respublika İnnovativ Yarmarkası” keçiriləcək

Bakıda “Gənc Alimlərin I Respublika İnnovativ Yarmarkası” keçiriləcək
# 19 oktyabr 2010 11:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Oktyabrın 24-29-da Bakıda Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə “Gənc Alimlərin I Respublika İnnovativ Yarmarkası” keçiriləcək. Akademiyadan APA-ya verilən məlumata görə, yarmarkada AMEA institutlarında, eləcə də Azərbaycanın müvafiq təşkilatlarında çalışan gənc alim və tədqiqatçılar iştirak edəcəklər. Tədbirdə alim və tədqiqatçılar elmi məqalə, tezis və təqdimatla iştirak edərək öz bacarıqlarını nümayiş etdirəcəklər.

Tədbirdə “Elm çətiri altında: Gənc alim və tədqiqatçıların innovativ inkişafı üçün intelllektual potensialın stimullaşdırılması və təkrar istehsalı” mövzusunda konfrans, “Yaşıl çətir: Ekologiya və qlobal iqlim dəyişiklikləri və bu proseslərin Azərbaycanda təzahürləri” adlı gənc alim və tədqiqatçıların workshop-u keçiriləcək.

Yarmarkada “Azərbaycanda biomüxtəlifliyin qorunması və əkinə yararlı torpaqların erroziyaya məruz qalmasının qarşısının alınması yolları” və “Dünya elminə inteqrasiya: Gənc tədqiqatçıların innovativ aktivliyinin artırılması – informasiya mübadiləsi işinin təşkili” mövzusunda seminarlar da təşkil olunacaq.

“Elmin iqtisadi gücü: Gənc alim və tədqiqatçıların yeni ideya və ixtiralarının iqtisadiyyata tətbiqi yolları” mövzusunda keçiriləcək dəyirmi masada gənc alimlər innovativ ideyaların iqtisadiyyata müsbət təsirindən söhbət açacaqlar.

Tədbirdə, həmçinin “Bilik iqtisadiyyatına doğru!” – Ən yaxşı elmi-innovativ ideya və ixtiraların gələcəkdə iqtisadiyyata tətbiq imkanlarını artırmaq məqsədilə gənc alim və tədqiqatçılar arasında I Biznes Planlar Müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur.

Sonda yüksək intellekt və bacarıq nümayiş etdirən gənclər qalib seçilərək mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR