Bank Of Baku

ADU Britaniyanın Esseks Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

ADU Britaniyanın Esseks Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
# 25 oktyabr 2010 13:22 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə APA-ya Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova məlumat verib.

Müqaviləyə əsasən Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinin tələbələri I-II kursları bitirdikdən sonra təhsillərini Esseks Universitetində davam etdirəcəklər və ikili diplom alacaqlar. Bundan başqa, hər iki universitetin professor-müəllim heyətinin, departament rəhbərlərinin qarşılıqlı səfərləri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR