Bank Of Baku

Azərbaycanda ötən ilin payızı və bu ilin yazında 8,2 milyon ədəd yeni ağac və kol əkilib

Azərbaycanda ötən ilin payızı və bu ilin yazında 8,2 milyon ədəd yeni ağac və kol əkilib
# 25 oktyabr 2010 13:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. 2009-cu ilin payızı və 2010-cu ilin yazında Azərbaycanda 8,2 milyon ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunlardan 7161 min ədədi nazirliyin tabeli qurumlarının əməkdaşları tərəfindən əlavə vəsait xərclənmədən, daxili imkanlar hesabına həyata keçirilib. 1005 min ədəd ağac və kol bitkisi Bakı şəhəri və ətraf ərazilərdə, 6156 min ədəd ağac və kol bitkisi isə regionlarda əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Bakı və Bakı ətrafı ərazilərdə yeni əkin mövsümünün əvvəlində, qızmar yay aylarından əkinlərin necə çıxması ilə əlaqədar vəziyyəti araşdırıb. Məlum olub ki, bu il havaların həddindən artıq isti və quraq keçməsinə baxmayaraq, orta hesabla 73 faizdən artıq bitmə qeydə alınıb. Bu, Abşeron yarımadası və ətraf ərazilər üçün yüksək səviyyə hesab olunur. Suvarma sistemlərinin quraşdırıldığı ərazilərdə isə bitmə səviyyəsi 90-95 faizə çatır. Hazırda nazirliyin mütəxəssisləri tərəfindən kənd rayonlarındakı ərazilərdə əkinlərin vəziyyətinin araşdırılması davam etdirilir.

Rayon icra hakimiyyətləri, müxtəlif nazirliklər və digər təşkilatlar tərəfindən isə ümumilikdə 1066,6 min ədəd ağac və kol bitkisi əkilib. Bunun 535,8 min ədədi Bakı şəhəri və ətraf ərazilərin, 530,8 min ədədi isə regionlarının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR