Bank Of Baku

Şimali Kiprdə “Dədə Qorqud və keçmişdən gələcəyə türk dastanları” mövzusunda dövlətlərarası simpozium keçiriləcək

Şimali Kiprdə “Dədə Qorqud və keçmişdən gələcəyə türk dastanları” mövzusunda dövlətlərarası simpozium keçiriləcək
# 25 oktyabr 2010 15:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) Yaxın Doğu Universiteti (YDU) və TÜRKSOY-un birgə təşkilatçılığı ilə 26-27 oktyabrda “Dədə Qorqud və keçmişdən gələcəyə türk dastanları” mövzusunda dövlətlərarası simpozium təşkil olunacaq. ŞKTC-nin Bakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, simpoziumun açılışı oktyabrın 26-da Yaxın Doğu Universitetinin kitabxanasının konfrans zalında təşkil olunacaq. Açılış mərasimi “TRT Avaz” telekanalı ilə canlı yayımlanacaq.
Açılışdan öncə təşkilat komitəsi adından Yaxın Doğu Universiteti, rektor köməkçisi Fəxrəddin Sadıqoğlu simpozium haqqında ətraflı məlumat verəcək. Daha sonra TÜrkiyə, Yunanıstan, Qırğızıstan, Qazaxıstan və İrandan simpoziuma qatılan xalq aşıqları çıxış edəcəklər.
Simpozium çərçivəsində Berik Barisbekovun (Qazaxıstan) hazırladığı “Dədə Qorqud” sənədli filminin nümayişi və Namit Kerimbəkovun “Türk xalqlarının ortaq ədəbi əsərləri” adlı kitabının təqdimatı olacaq.
Məlumatda bildirilib ki, dövlətlərarası simpoziuma 14 türk dövləti və türk toplumlarından 50 iştirakçı qatılacaq. Simpoziuma Azərbaycandan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev, Azərbaycan Dövlət Pedaqoji Universitetindən professor Elman Quliyev, Bakı Dövlət Universitetindən professor Əsgər Rəsulov və başqaları qatılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR