Bank Of Baku

Sumqayıt şəhər Təmizlik Departamenti maddi-texniki bazasını gücləndirir

Sumqayıt şəhər Təmizlik Departamenti maddi-texniki bazasını gücləndirir
# 26 oktyabr 2010 07:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən tullantı yeşikləri və iri konteynerlə yanaşı, yeni maşın və mexanizmlər alınıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ötən dövrü ərzində Departament tərəfindən şəhər ərazisində məişət tullantılarının daşınmasını daha operativ təmin etmək məqsədilə 10 ədəd yeni texnika alınıb.

Bundan başqa, yeni alınmış 2 ədəd «ZİL» markalı özüboşaldan texnika hazırda şəhərin bağlar massivində xidmət göstərir. Ümumilikdə isə şəhər ərazisində 16 ədəd xüsusi təyinatlı avtomaşınlarda 2 növbəli iş rejimi tətbiq edilib.

Hazırda Sumqayıt şəhərinin yaşayış massivlərində 220 tullantıları qəbulu məntəqəsi var ki, onlarda da 959 ədəd konteyner düzülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR