Bank Of Baku

Gələn həftə Ağdam rayonundakı kəhrizlərin partlamamış sursatlardan təmizlənməsinə başlanacaq

Gələn həftə Ağdam rayonundakı kəhrizlərin partlamamış sursatlardan təmizlənməsinə başlanacaq
# 26 oktyabr 2010 09:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Gələn həftə Ağdam rayonu ərazisində içərisində partlamamış sursatların olduğu ehtimal edilən bəzi kəhriz və su quyularının təmizlənməsinə başlanacaq. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov məlumat verib.

A. Aslanov artıq kəhrizlərdə əməliyyatlar aparmaq üçün qrupun təşkil olunduğunu və onlara xüsusi təlimlərin keçildiyini də deyib: “Bu cür əməliyyat dünya praktikasında ilk dəfə olaraq aparılacaq. Güman edirik ki, bir çox kəhrizdə müharibə dövründən sursatlar qalıb. Müəyyən dövrdən sonra kəhrizlər təmizlənərkən partlayış baş verə bilər. Ağır və çox çətin bir əməliyyat olacağını düşünürük”.

ANAMA nümayəndəsi ilk mərhələdə Ağdam rayonu ərazisində 10-a yaxın quyu və kəhrizin təmizlənməsinin planlaşdırıldığını bildirib. Bu məqsədlə ANAMA tərəfindən sualtı müşahidə kameraları, sursatların çıxarılması üçün “Tripod” adlanan avadanlıqlar alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR