Bank Of Baku

Azərbaycanın Ağcabədi rayonunda qidadan kütləvi zəhərlənmə olub, ölənlər var

Azərbaycanın Ağcabədi rayonunda qidadan kütləvi zəhərlənmə olub, ölənlər var
# 26 oktyabr 2010 12:32 (UTC +04:00)
Səhiyyə Nazirliyinin Respublika Gigiyena Epidemiologiya Mərkəzinin qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, qohumlar arasında keçirilən bir məclisdə ev şəraitində konservləşdirilmiş xiyar turşusundan zəhərlənmə baş verib. Xiyar turşusunu qəbul edənlərdən 12 nəfər zəhərlənib. Onlardan 8-i müalicə olunmaq üçün Bakı şəhərinə - Kliniki Tibbi Mərkəzə gətirilib. Onlardan 1-nin vəziyyəti ağır olduğundan dünyasını dəyişib, qalan 7 nəfərin isə hazırda müalicəsi davam edir. Zəhərlənən 1 nəfər isə elə rayonda dünyasını dəyişib.
Zəhərlənməyə xiyar turşusunun son dərəcə botulizm çirklənməsinə məruz qalması səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR