Bank Of Baku

Azərbaycanın geoloq-aliminə Rusiya Dövlət Neft-Qaz Universitetinin professoru rütbəsi verilib

Azərbaycanın geoloq-aliminə Rusiya Dövlət Neft-Qaz Universitetinin professoru rütbəsi verilib
# 26 oktyabr 2010 13:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyevə İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin professoru rütbəsi verilib. Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, alimin qonşu ölkədəki tədris fəaliyyəti Rusiyada elmi tədqiqatların aparılması və tədris olunması üçün xarici alimlərin bu ölkəyə cəlb olunmasını nəzərdə tutan dövlət proqramı çərçivəsində həyata keçirilib. Rusiya hökuməti bu proqram üçün bu il 12 milyard rubldan çox pul ayırıb. İ. Quliyev hesab edir ki, sözügedən proqram digər qanunvericilik sənədləri ilə birgə qonşu ölkədə elm və təhsil üzrə islahatlar aparılmasına və ali təhsilin keyfiyyətinin daha da qaldırılmasına imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR