Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi balıq məhsulları ilə bağlı apardığı yoxlamaların nəticələrini açıqlayıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi balıq məhsulları ilə bağlı apardığı yoxlamaların nəticələrini açıqlayıb
# 26 oktyabr 2010 13:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi balıq məhsulları ilə bağlı apardığı yoxlamaların nəticələrini açıqlayıb. Mərkəzin qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, balıq məhsullarından 90 nümunə götürülüb. Bakterioloji müayinələrin nəticələri əsasında iki nümunədə bağırsaq çöpləri aşkarlanıb. Bunlar Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 41 ünvanındakı ərzaq mağazasında satılan hisə verilmiş skumbriya balığı və Səbayel rayonu, Nizami küçəsi 50 ünvanda “Anar” ərzaq mağazasından götürülmüş hisə verilmiş şahmayı balığıdır. Mərkəz həmin balıqları istehsal edilən müəssisəni müəyyənləşdirəcək. Bundan sonra isə həmin istehsal müəssisəsində də müayinə aparılacaq. Əgər çirklənmənin istehsal müəssisəsinin məsuliyyətsizliyindən baş verdiyi aydınlaşsa, onda həmin müəssisələr barəsində tədbirlər görülə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR