Bank Of Baku

Bakı-Rostov magistralı üzərindəki körpülərdən biri qəzalı vəziyyətə düşüb

Bakı-Rostov magistralı üzərindəki körpülərdən biri qəzalı vəziyyətə düşüb
# 26 oktyabr 2010 14:09 (UTC +04:00)
APA-nın şimal bürosunun xəbərinə görə, rayonun Zərqova, Çiçi, Səbətlər, Qorxmazoba, Yuxarı Talabı, Tüləkəran, Rustov kəndlərində gediş-gəliş yenidən çətinləşib. Həmin kəndlər dağlıq ərazidə yerləşdiyindən bu kəndlərə çay üzərindəki körpülər vasitəsilə gediş-gəliş problemə çevrilib.
Yolları yuyulub, körpülər isə uçub. Mənbəyini Şah dağdan götürən Vəlvələ çayının suyunun artması Bakı-Rostov avtomagistral yolunun 147-ci kilometrliyində, çayın üzərində yerləşən körpünü qəzalı vəziyyətə salıb.
Quba 6 saylı Yol istismar idarəsinin müdiri Aydəmir Manafov APA-nın şimal bürosuna bildirdib ki, körpü 2010-cu ilin mart ayında əsaslı təmir olunub. Lakin çayda suyun artması, xüsusilə çaydakı daş karxanalarının fəaliyyəti əsas körpünü qəzalı vəziyyətə salıb. Qaraçayın üzərindəki körpü də bu vəziyyətdədir. A. Manafov, hazırda həmin ərazilərdə bənd bərkitmə işlərinin aparıldığını bildirib.
Çay sahilində yerləşən Vəlvələ kəndinin bir hissəsi də sel təhlükəsi ilə üzləşib. Sel suları evlərin yerləşdiyi sahil torpaqlarını yuyaraq, təhlükəli vəziyyət yaradıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Məmmədov APA-ya bildirib ki, Vəlvələ çayının sahilində ki, yaranmış vəziyyətlə əlaqədar tədbirlər görülür, bənd bərkitmə işləri aparılır. Onun sözlərinə görə, çay sahilində bənd bərkitmə işləri artıq beş aydır davam etdirilir. Proses noyabrın birinci ongünlüyündə başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR