Bank Of Baku

ADU-da “İtalyan dili həftəsi” keçiriləcək

ADU-da “İtalyan dili həftəsi” keçiriləcək
# 26 oktyabr 2010 14:19 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetində (ADU) oktyabrın 27-də X Ümumdünya İtalyan Dili Həftəsi münasibəti ilə “İtalyan dili həftəsi”nin açılış mərasimi keçiriləcək. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İtaliyanın Azərbaycandakı səfirliyinin və ADU-nun İtalyan dili kafedrasının təşkilatçılığı ilə keçiriləcək tədbirin açılış mərasimində İtaliyanın Peruca Universitetinin professoru Stefanio Ranyi iştirak edəcək. O, italyan musiqisinə həsr olunan məruzə ilə çıxış edəcək və ifa nümayiş etdirəcək.
Növbəti günlərdə Peruca Universitetinin professoru ADU-nun İtalyan dili kafedrasının müəllimləri üçün seminar keçəcək. Eyni zamanda, İtaliya rejissorları Pupi Avatinin “Marqarita barındakı dostlar”, D. Lukettinin “Mənim qardaşım yeganə övladdır” filmləri nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR