Bank Of Baku

Lənkəranda məişət zorakılığı ilə mübarizə mövzusunda seminar keçirilib

Lənkəranda məişət zorakılığı ilə mübarizə mövzusunda seminar keçirilib
# 27 oktyabr 2010 00:21 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin (QHMC) təşkilatçılığı ilə Lənkəran şəhərində “Qadınlara qarşı zorakılığın aradan qaldırılması” mövzusunda seminar keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yerli QHT nümayəndələrinin, KİV əməkdaşlarının iştirakı ilə keçən tədbiri giriş sözü ilə QHMC-nin əməkdaşı Cəadət Bənənyarlı açıb. Daha sonra Türkiyə Qadın Dernekleri Federasiyasının başqanı Engin Demir və qardaş ölkədəki Konak Bələdiyyəsi Danışma Mərkəzinin vəkili Ayla Edit çıxış edərək, qadınlara qarşı zorakılığa son qoyulması istiqamətində Türkiyədə həyata keçirilən layihələr barədə ətraflı söz açıblar .
Diskussiya şəraitində davam edən seminarda səslənən fikir və mülahizələrdə Azərbaycanda məişət zorakılığına son qoyulması məqsədilə müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsinin vacibliyi önə çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR