Bank Of Baku

TQDK-da xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi-metodiki seminar iclası keçirilib

TQDK-da xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi-metodiki seminar iclası keçirilib
# 27 oktyabr 2010 07:12 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ümumi iclas keçirilib. TQDK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qabiliyyət imtahanlarının təşkili və keçirilməsi metodikasını təkmilləşdirmək, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparmaq məqsədilə keçirilən tədbirdə TQDK-nın rəhbərliyi, ekspertləri və mütəxəssisləri, xüsusi qabiliyyət tələb edəb ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Bakı şəhəridəki 9 ali təhsil müəssisəsinin, internet bağlantısı vasitəsilə bölgələrdəki 5 (Gəncə şəhəri üzrə 3, Naxçıvan şəhəri üzrə 2) ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.

TQDK sədri Məleykə Abbaszadə seminarı giriş sözü ilə açaraq keçən tədris ilində keçirilmiş qabiliyyət imtahanlarının yekunları barədə statistik məlumatları və növbəti tədris ilində keçiriləcək qəbul imtahanlarına hazırlıqla bağlı Komissiya tərəfindən geniş miqyaslı işlərin aparıldığını nəzərə çatdırıb. Sədr cari ildə keçirilmiş imtahan prosesinə cəlb olunmuş ekspertlərin, ayrı-ayrı mütəxəssislərin, müşahidəçilərin hesabatlarının, rəy və təkliflərinin təhlil edildiyini, ənənəvi elmi-statistik araşdırmalar aparıldığını qeyd edib.

Seminarda Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Koservatoriyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndələri çıxış edədərk keçən ilin yekunları və öz təklifləri barədə məlumat veriblər. Eyni zamanda TQDK-nın Naxçıvan və Gəncə regional bölmələri ilə canlı bağlantı yaradılaraq istiqamətlər üzrə Naxçıvan Dövlət Universitetindən və Gəncə Dövlət Universitetindən dəvət edilmiş ekspertlərinin rəy və təklifləri dinlənilib.

TQDK sədri 2011/2012-ci tədris ilində keçiriləcək qabiliyyət imtahanlarına hazırlıq prosesinin başlanması məqsədilə istiqamətlər üzrə elmi-metodiki seminarların davamlı olaraq təşkil olunacağını və bu seminarlarda qabiliyyət tələb edən ixtisasların istiqamətlərinə uyğun olaraq 5 kitabça-vəsaitlərin dekabr ayına qədər nəşr ediləcəyini bildirib.

Vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası və onlara hansı ali təhsil müəssisəsində qəbul aparılması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. təqdim olunacaq.

TQDK-nın YÖMİŞ-nin müdiri T.Bədəlov bəzi problemlərə toxunaraq onların növbəti seminarlarda geniş müzakirə ediləcəyini qeyd edib. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə növbəti seminarı noyabrın 2-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR