Bank Of Baku

Gürcüstanın idman və gənclər naziri Vladimir Vardzelaşvili: " Azərbaycan Gənclər və İdman Nazirliyi ilə mübadilə proqramları aparacağıq"

Gürcüstanın idman və gənclər naziri Vladimir Vardzelaşvili: " Azərbaycan Gənclər və İdman Nazirliyi ilə mübadilə proqramları aparacağıq"
# 27 oktyabr 2010 07:15 (UTC +04:00)
Bu barədə APA-nın Gürcüstan bürosuna bu ölkənin gənclər və idman naziri Vladimir Vardzelaşvili bildirib. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycanın eyni adlı nazirlikləri hər iki ölkədə birgə yeni layihələr həyata keçirmək arzusundadır: "Mən azərbaycanlı həmkarım ilə dostluq edirəm. Bizim gələcəkdə birgə həyata keçirəcəyimiz layihələr çox olacaq. Bu il Azərbaycanın gənclər və idman naziri Gürcüstana gələcək. Biz birlikdə çoxlu layihələr həyata keçirəcəyik. Bizim ümumi olan çox şeyimiz var. Kvemo-Kartlidə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində idman kompleksi tikilir. Burada azərbaycanlılar və gürcülər məşqlər keçəcəklər. Biz Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə mübadilə proqramları həyata keçirəcəyik. Azərbaycan idmançıları Gürcüstanda, bizim idmançılarımız isə Azərbaycanda idman hazırlığı keçəcəklər. Bu, yarışlarda bizə qələbə qazanmağa kömək edəcək".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR