Bank Of Baku

Ələt-Hacıqabul magistral avtomobil yolunun kənarında yaşıllaşdırma işləri aparılıb - FOTO

Ələt-Hacıqabul magistral avtomobil yolunun kənarında yaşıllaşdırma işləri aparılıb - <font color=red>FOTO</font>
# 27 oktyabr 2010 09:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. 2009-cu ilin payız və 2010-cu ilin yaz mövsümlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi daxili imkanları hesabına iməciliklərdə Ələt-Hacıqabul magistral avtomobil yolunun kənarında Qaradağ Meşəsalma Müəssisəsinin ərazisində çətin meşəbitmə şəraitində 41 hektar sahə hamarlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 11392 m3 üzvi gübrə və münbit torpaq daşınıb, 135000 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Havaların isti və quraq keçməsinə baxmayaraq, mütəmadi suvarma və qulluq işlərinin nəticəsində əkinlərdə 72 faizə qədər bitiş alınıb. Hazırda ərazidə Qaradağ Meşəsalma Müəssisəsinin əməkdaşları suvarma və qulluq işlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR