İnternetin qeyri-etik hərəkətləri: Spam problemi - ARAŞDIRMA
Bakı. İlhamə İsabalayeva-APA. Kompüter və internet həyatımıza elə daxil olub ki, bu gün informasiya kommunikasiya texnologiyalarının yeniliklərindən, qlobal şəbəkənin yaratdığı ünsiyyət imkanından istifadə etməyən, e-maildən yararlanmayan insanlara çox az rast gəlinər. Artıq hər kəs gündəlik iş saatına ilk növbədə elektron poçtunu yoxlamaqla start verir. Bu “yoxlamalar” zamanı isə hər birimiz elektron poçtumuzda vacib məktublarla yanaşı, tanımadığımız ünvanlardan gələn, arzuolunmaz, lazımsız məktublarla da qarşılaşırıq. Virtual aləmdə spam kimi tanınan belə məktubları görən kimi isə ağıla gələn ilk fikir “bunlar zibildir, ona görə də silinməlidir” yanaşması olur. Amma mütəxəssislər bu spamların heç də həmişə ziyanlı olmadığını, onun mənfi ilə yanaşı, müsbət tərəflərinin də olduğunu deyirlər. Bəs əslində spamlar nədir? “Ünvanıma tez-tez spamlar gəlir, nə etməliyəm?” kimi suallar qarşısında qalarkən hansı addımları atmağımız daha məqsədəuyğundur?
“Spam zibildir, onu sil”, amma...
Əvvəlcə qeyd edək ki, spam sözü tarixə 1937-ci ildə Hornel Foods adlı şirkətinin məhsulu olan donuz konservlərinin adı kimi düşüb. Amma 1980-ci illərdə artıq çoxlu sayda reklam məzmunlu elektron mesajlar yayılmağa başladıqda sonra spam sözü virtual aləmə yeni məna - arzuolunmaz məktub mənası ilə daxil olub.
Spamın ən geniş yayılmış növü elektron məktublardır. İnformasiya texnologiyaları üzrə mütəxəssis Seymur İsmayılov bildirir ki, belə məktublar İnternet istifadəçilərinin ünvanlarına həm reklam, həm də hakerlik məqsədilə daxil olur. Reklam xarakterli spamlar əsasən, istehsal və yaxud satış firması tərəfindən göndərilir. Belə məktubları göndərməklə müəssisələr məhsul və xidmətlərini çox az xərclə reklam edirlər. Həmin məktublarda ən çox pornoqrafik saytlar, müxtəlif dərmanlar, printer kartricləri, proqram təminatları, mövcud olmayan universitetlərin saxta diplomları reklam edilir, eyni zamanda istifadəçilərə onlara böyük gəlir gətirən biznes əlaqələri təklif edilir.
S. İsmayılov deyir ki, amma digər növ spamlar istifadəçini tamamilə çaşdırır və daha təhlükəli hesab edilir. Bu zaman istifadəçi yalançı sayta yönəldilir və bununla da onun kompüterinin təhlükəsizlik sisteminə virus yol açır. Bu isə hakerlərin istənilən zaman bu kompüterə müdaxiləsinə imkan yaradır: “Məsələn, istifadəçinin ünvanına www.preparat.com saytından məlumat daxil olur. Bu məktub həqiqətən də bu ünvandan gəlir, məqsəd reklamdır. Amma digər halda spamlar hakerlər tərəfindən göndərilir. Bu məktub istifadəçinin ünvanına əslində, başqa ünvandan gəlir, amma ona elə gəlir ki, həmin məktub www.preparat.com saytından göndərilib. İstehsal və ya satış müəssisəsinin adından istifadə etməklə belə spamların göndərilməsində məqsəd ya həmin şirkətlərin məhsullarının antireklam etmək, ya da çox sayda istifadəçinin parollarını oğurlamaqdır. Tutaq ki, www.google serverinin yeni xidmət təqdim etməsi ilə bağlı istifadəçiyə məktub daxil olur. Bu xidmətdən istifadə etmək üçün həmin məktubu qəbul edirsən və göstərilən şərtlərə uyğun olaraq, qeydiyyatdan keçirsən. Bu halda ekranda google səhifəsinə oxşar səhifə açılır, istifadəçi də orada qeydiyyatdan keçmək üçün parolunu qeyd edir. Adi istifadəçi elə hesab edir ki, bu, www.google -un serveridir. Amma əslində, bu məktub başqa bir ünvandan gəlib və məqsədi də istifadəçinin parolunu oğurlamaqdır”.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyir ki, spamlarda müxtəlif fərdi məlumatların oğurlanması, fişinqlə bağlı məlumatlar da ola bilər: “Təkcə zəif inkişaf edən ölkələrdə deyil, yaxşı inkişaf edən ölkələrdə də hər hansı bir şəxs özünü zəngin şirkətin nümayəndəsi kimi təqdim edərək insanları biznes əlaqələrinə dəvət edir və bununla əlaqədar da onlardan şəxsi məlumatlarını istəyir. Belə şəxslərin istifadəçilərə bu məlumatları istəməkdə də əsas məqsədlərinin onların hesabına milyonlarla vəsaiti keçirmək istəmələrinin olduğunu deyirlər. Bəzi insanlar buna aldanırlar. Amma insanlar başa düşməlidirlər ki, heç kəs heç kəsə milyonlarla fund sterlinqi havayı verməz”.
Amma spam heç də həmişə zərərli hesab edilmir. Mütəxəssislər internetdəki məktubların 50-60 faizini təşkil edən spama “bu zibildir, onu sil, at“ kimi yanaşmanı birmənalı şəkildə düzgün saymırlar. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bu fikirdədir ki, spamlar zibil yox, sadəcə olaraq, gözlənilməyən məktublardır. Bu məktubların müsbət tərəfi odur ki, o, bəzi hallarda insanlara hər hansı bir məhsulu daha ucuz qiymətə almağa kömək edir. Bununla da insanlar öz maliyyə xərclərinə qənaət etmiş olurlar.
Daha çox Azərbaycanı seçən spamlar
Ümumilikdə dünyada ən çox spam göndərən ölkələr ABŞ, Rusiya, Türkiyə, Çindir. O. Gündüz deyir ki, müqayisəli götürülsə, Azərbaycana spamlar daha çox daxil olur. Azərbaycanda spamların göndərilməsi ilə daxil olması arasındakı fərq yüzün birə nisbətindədir. Amma ümumilikdə Azərbaycanı tam olaraq, spam göndərməyən ölkələrin siyahısına salmaq da düzgün deyil: “Spamların göndərilməsi ilə peşəkar və qeyri-peşəkar qurumlar məşğul olur. Peşəkar qurumlar başqa şirkətlərdən, şəxslərdən pul alaraq məktubları eyni vaxtda çoxlu ünvanlara çatdırır. Belə qurumlar bütün dünyada olduğu kimi, məncə, Azərbaycanda da var. Amma onların serveri harada yerləşir? Bu server Azərbaycandadır, yoxsa kənarda? Ola bilər ki, şəxsin, yaxud qurumun özü Azərbaycanda, məktubu göndərən server başqa ölkədə olsun”.
Azərbaycanda spama qarşı mübarizənin aparıldığını deyən O. Gündüzün sözlərinə görə, müəyyən internet servis xidməti göstərən bəzi şirkətlər antispam fəaliyyəti göstərə bilir. Onlar xüsusi proqramı sayəsində eyni nöqtədən çoxlu sayda məktubun göndərilməsinə imkan vermirlər. Azərbaycanda bir neçə e-mail xidməti göstərən qurum – “box.az”, “inbox.az”, “Delta Telekom”un Azərbaycanın bütün milli resurslarının qruplaşdığı hostinq mərkəzində də antispam sistemi quraşdırılıb.
O. Gündüz “Elektron ticarət”lə bağlı sənəddə spamla bağlı müəyyən məqamların əks olunduğunu da deyib: “Həmin sənəddə göstərilir ki, reklam xarakterli məktub göndərilirsə, orada istifadəçiyə bundan imtina ilə bağlı imkan da verilməlidir. Qanunla bu tip məktublarda imtina imkanının olması məcburidir”.
Azərbaycanda spama qarşı xüsusi qanunvericilik yoxdur
B. Məmmədov deyir ki, bütün ölkələrin rastlaşdığı spam probleminin universal həlli üsulu yoxdur. Hər bir dövlət bu sahədə öz təcrübəsindən yararlanaraq ona qarşı mübarizə aparır. Nazirlik rəsmisinin sözlərinə görə, tarixi həqiqətləri yayan insanlara qarşı mübarizədə də spam üsuldan istifadə edilir. Bu praktika ilə bütün ölkələr rastlaşır. Bunu nizamlamaq üçün bəzi ölkələrdə spamla bağlı qanunvericilik var. “Kibercinayətkarlıq haqqında Konvensiya” da ölkələrə bu sahədə mübarizədə birgə əməkdaşlıq etməyə yardım edir.
Azərbaycanda isə spama qarşı xüsusi qanunvericilik yoxdur. Yalnız Cinayət Məcəlləsində arzuolunmaz müdaxilə nəticəsində kompüter sistemlərinə vurulan zərərlə bağlı xüsusi üç maddə göstərilib. İnzibati Xətalar Məcəlləsində də bununla bağlı xüsusi nizamlayıcı maddələr qeyd edilib. Amma xüsusi olaraq, spam, yaxud fişinqlə bağlı müddəalar yoxdur.
Amma bütün hallarda spamdan qorunma daha çox informasiyanın mühafizəsi, informasiya sisteminin effektiv işləməsi, serverlərin gücü, mütəxəssislərin işi ilə bağlıdır: “Bunlar öz işini düzgün qurmalıdırlar ki, lazımsız məktublar çoxlu sayda gəlməsin. Amma bunun başqa bir nəticəsi də var. Belə filtrlər qoyulduqda bəzən kompüter sizin həqiqətən də yazışmaq istədiyiniz insanı spam hesab edir. Bu səbəbdən siz ondan məktub ala bilmirsiniz. Buna görə də yenidən administratora müraciət edərək həmin insanın məktublarının spam kimi qəbul etməməyi xahiş etməlisiniz”.
B. Məmmədovun sözlərinə görə, hər bir informasiya sistemi belə arzuolunmaz məktubların qarşısını almağa çalışır və bunun üçün müxtəlif tədbirlər görür: “Mən özüm “Yahoo” serverindən istifadə edirəm. Əvvəllər buraya həddən artıq məktub daxil olurdu. Amma indi öz müşahidələrimin nəticəsində görürəm ki, filtrasiya qoyulub və məktubların sayı əvvəlki qədər deyil. Hətta artıq bu server vasitəsilə ilə məktublar daxil olanda onda virus olma ehtimalının olduğu haqda da xəbərdarlıq da edilir”.
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov da bildirir ki, artıq aparıcı dövlətlərdə bu problemlərin həlli üzrə addımlar atılmaqdadır. Onun sözlərinə görə, bu problemlərin həllinin yalnız bir yolu var ki, bu da zəruri qanunvericiliyi formalaşdırmaq və qanun çərçivəsində hakerlərə, spamerlərə qarşı mübarizə aparmaqdır. Mərkəz direktoru hesab edir ki, İnternetdə davranış virtual xarakter daşısa da, orada da insan fəaliyyətini beynəlxalq hüquqi normalara uyğun tənzimləmək lazımdır. Yalnız bu yolla Azərbaycanda normal internet məkanı formalaşdırmaq olar.
@ və nöqtə işarəsindən imtina
Mütəxəssis S. İsmayılov da deyir ki, spamdan tam qorunmaq yolu yoxdur. Hər hansı bir müəssisə və yaxud şəxs antispam proqramları yerləşdirməklə lazımsız məktublardan qismən xilas ola bilər. Amma bu sistem də tam özünü doğrultmur. Həmin sistemlər bəzi hallarda istifadəçin e-mailinə gələn məktubu seçə bilmir və onu spam hesab edir. Amma belə hallarda da adıçəkilən sistemlərin vasitəsi ilə həmin spama daxil edilmiş ünvanı spam siyahısından çıxarmaq mümkün olur. Bundan sonra həmin ünvandan istifadəçiyə göndərilən məktub artıq spam hesab edilmir.
S. İsmayılovun sözlərinə görə, son vaxtlar Azərbaycanda spamerlərin nəzərindən yayınmaq üçün artıq saytların əlaqə menyusundakı e-mail ünvanlarında @ və nöqtə işarəsini yazmırlar. Spamerlər yeni internet ünvanları @ və . işarəsi əsasında axtardıqları üçün artıq e-maillər beynəlxalq standartlarda qəbul olunmuş əsl e-mail kimi yazılmır. Məsələn, [email protected] əvəzinə leylaatapadotaz qeyd edilir.
Lazımsız məktublardan qurtulmaq üçün ən sadə yollardan biri budur ki, istifadəçi spam məktub göndərən saytı ziyarət etməsin, spam məktubları cavablandırmasın, mail-bomb proqramlarını istifadə etməsin, eyni zamanda, internetdə pulsuz təklif olunan müxtəlif SOFT poqramlarının köçürülməsində olduqca ehtiyatlı olsun. Çünki təklif edilən proqram normal işləsə də, həmin kompüter hər an kompüter cinayətkarlığı predmeti kimi istifadə oluna bilər.
F.Kazımov isə təklif edir ki, spamla mübarizədə antivirus proqramları yanaşı, digər alətlərdən də istifadə etmək olar. Onun sözlərinə görə, hər bir ölkədə CERT adlanan qruplar fəaliyyət göstərir. Bu qruplar ölkə daxilində internet hücumlarının statistikasını aparır və qlobal səviyyədə digər milli CERT qrupları ilə informasiya mübadiləsi aparır. Hər bir iri təşkilatda da belə CERT qruplar olmalı və onlar sıx əməkdaşlıq nəticəsində müxtəlif təşkilatları təhlükələrdən qoruya bilərlər. Məsələn, artıq Azərbaycan Təhsil Şəbəkəsinin qorunması üçün xüsusi olaraq belə CERT qrupu fəaliyyət göstərir.
Spamerlər tərəfindən ünvanların necə toplanılmasına gəldikdə, həmin ünvanlar xüsusi proqramlar vasitəsilə veb səhifələrdən, forumlardan, qonaq kitablarından, veb çatlardan və s. mənbələrdən toplanılır. Ünvan toplamaq üçün istifadə edilən digər üsulda spam təsadüfi ünvana göndərilir və məktub server tərəfindən qəbul edildiyi halda o ünvan siyahıya əlavə edilir.
Çox vaxt kütləvi şəkildə göndərilən bütün ünvanlar açıq vəziyyətdə olduğu üçün onun biri spamerin əlinə keçdikdə digərlərini də əldə edə bilir.
Qeyd edək ki, ciddi firmalar məktublarının sonuna məktub-siyahısı üzvlüyündən çıxmaq üçün istiqamətləndirmələr və əlaqələr qoyurlar. Bu tərz məktublar spam deyil.
İnternetdə vahid etika kodeksi
Bütün bu problemlərin həlli üçün dünyanın internet ictimaiyyəti vahid etika kodeksinə ehtiyac duyur. Bunu isə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyir. Onun fikrincə, bu kodeks həm peşəkar internet cəmiyyətlərinin, həm adi istifadəçilərin, həm də dövlətlərin maraqlarını təmin etməlidir. Belə bir sənədin məqsədi internetdə əxlaqdan kənar davranışların qarşısını almaq, istifadəçilərə yeni davranış modeli təqdim etmək olmalıdır. Hazırda bu problemlə məşğul olan müxtəlif mərkəzlərdə internet istifadəçilərinin əsas özünütənzimləmə komponentlərinin daha effektli variantlarının tapılması üçün araşdırmalar aparılır.
Rasim Əliquliyevin sözlərinə görə, bir çox ölkələrdə internetdə davranış qaydalarını və normalarını müəyyənləşdirmək üçün sənədlər qəbul etməyə cəhdlər olsa da, nəticəsiz qalıb. İstifadəçilərin əksəriyyəti bu cür sənədlərə, sadəcə, əhəmiyyət vermirlər: “Böyük dövlətlər və iri kommersiya strukturları yalnız o şərtlə bütün internet istifadəçiləri üçün vahid etika kodeksini dəstəkləməyə razıdırlar ki, bu, mötəbər, tutarlı bir sənəd olsun. Bunun üçün isə internet istifadəçiləri tərəfindən həmin kodeksin zəruriliyinin təsdiqlənməsi tələb olunur. Məlumdur ki, bir çox insanlar internetdə onlar üçün məhdudiyyət qoyulmasının əleyhinədir. Yəni onlar istəmirlər ki, etika kodeksi onların ünsiyyəti, materiallar yerləşdirmələri üçün məhdudiyyət yaratsın. Buna görə də internetin etika kodeksinin beynəlxalq ictimaiyyət arasında populyarlaşdırılması istiqamətində iş aparmaq, onun konstruktivliyini, zəruriliyini əsaslandırmaq lazımdır. Dövlət tərəfindən də bu kodeksin dəstəkləməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bu sənəd kibercinayətkarlıq hallarının azalmasına, internetin qeyri-normal leksikondan, əxlaqsız materiallardan tənizlənməsinə kömək edə bilər”.

Sosial
Könüllülərə, təcrübə keçən tələbə və şagirdlərə münasibətdə sığorta haqqı ödənilməsi mexanizmi olacaq
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun ödəniləcək
APA TV-də XƏBƏRAPARAN - CANLI