Azərbaycanda 619 əcnəbiyə əmək fəaliyyəti üçün fərdi icazə verilməsindən imtina edilib

Azərbaycanda 619 əcnəbiyə əmək fəaliyyəti üçün fərdi icazə verilməsindən imtina edilib
# 27 oktyabr 2010 12:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 4472 əcnəbiyə fərdi icazə verilib, ötən illər ərzində verilmiş 1812 fərdi icazənin müddəti uzadılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda fərdi icazə əsasında 971 müəssisədə 8 166 əcnəbi işləyib ki, bu ötən ilin müvafiq dövründə fərdi icazə əsasında işləyənlərin sayından 2 929 nəfər çoxdur. Bu müddət ərzində 206 əcnəbiyə verilmiş fərdi icazə qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilib. Fərdi icazə əsasında işləyənlər ötən illərdə olduğu kimi, tikintidə (41,6%) və mədən çıxarma sənayesində (29,1%) üstünlük təşkil edirlər. Hazırda respublikada fərdi icazə əsasında 87 ölkənin vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur. Onlar arasında Türkiyə (3855 nəfər), Böyük Britaniya (1416 nəfər), Gürcüstan (312 nəfər), Çin (299), Hindistan (236 nəfər), ABŞ (218 nəfər), İran (184) və Rusiya (167 nəfər) vətəndaşları çoxluq təşkil edir.
Daxili əmək bazarında müvafiq mütəxəssislərin mövcudluğu və təqdim olunan sənədlərdə çatışmazlıqların olması səbəbindən 619 əcnəbiyə fərdi icazə verilməsindən imtina edilib. Məlumat üçün bildirək ki, daxili əmək bazarında yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə cari il üçün respublikada əmək miqrasiyası kvotası 10 700 nəfər təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR