Bank Of Baku

Bu il Azərbaycanda istehsalatda baş vermiş 166 bədbəxt hadisədə 46 nəfər ölüb

Bu il Azərbaycanda istehsalatda baş vermiş 166 bədbəxt hadisədə 46 nəfər ölüb
# 27 oktyabr 2010 12:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi (DƏM) tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, 2 250 müəssisə, idarə və təşkilatda keçirilmiş dövlət nəzarəti zamanı əmək qanunvericiliyinə əməl olunmasına dair 7 043 qanun pozuntusu aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu pozuntulara ticarət və ictimai iaşədə (2110), sənayedə (1251), mənzil-kommunal xidmətində (594), elm, təhsil, mədəniyyətdə (638), tikintidə (528) daha çox rast gəlinib. Ötən ilin 9 ayında əmək müqaviləsi olmadan işə cəlb edilmiş 6 160 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edib. DƏM-in vəzifəli şəxsləri tərəfindən aşkar olunmuş inzibati xətalara görə işəgötürənlər 667 300 manat məbləğində cərimələnib.

Hesabat müddətində istehsalatda baş vermiş və istehsalatla əlaqəli sayılmış 166 bədbəxt hadisədə 46 nəfər ölüb, 135 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qeyd edək ki, keçən ilin 9 ayında istehsalatda baş vermiş 192 bədbəxt hadisə nəticəsində 49 nəfər ölmüşdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR