Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Lənkəranda seminar keçirib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Lənkəranda seminar keçirib
# 27 oktyabr 2010 12:58 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəran şəhərində Azərərbaycan Həmkarlar İttifaqı Konfedrasiyasının (AHİK) təşkilatçılığı ilə “Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması” mövzusunda seminar keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, bölgənin rayonlarında fəaliyyət göstərən səhiyyə, mədəniyyət, nəqliyyat və digər həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə yanaşı, yerli sahibkarların da qatıldığı tədbirdə kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasının hazırkı vəziyyəti ətraflı müzakirə edilib. Qeyd olunub ki, kiçik və orta sahibkarlıq müəssisələrində hər il 200-ə yaxın həmkarlar təşkilatı yaranır, lakin bununla yanaşı 150-ə yaxın həmkarlar təşkilatı ləğv olunur.

Seminarda o da bildirilib ki, hər il həmkarlar təşkilatları ittifaqlarına 240 minə yaxın müraciət daxil olur. Bu müraciətlərin çoxu sosial-iqtisadi problemlərlə bağlı olur. Həmkarlar ittifaqına işdən çıxarılma ilə bağlı müraciətlərin 90 faizi isə işçilərin işlədikləri müəssisədə yenidən işlə təmin olunması ilə nəticələnir.

AHİK-nın katibi Həsən Cəfərov jurnalistlərlə söhbətində təmsil etdiyi qurumun mütəmadi olaraq işçilərin hüquqlarının müdafiəsində dayandığını bildirib. Onun sözlərinə görə, AHİK əmək qanunvericiliyində və digər qanunvericilik aktlarında işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, onların hüquqlarının daha da təkmilləşdirilməsinə yönəldilmiş qanunlara əlavə və dəyişikliklərin, habelə digər normativ aktlarının hazırlanmasında bir qayda olaraq həmişə yaxından iştirak edir.

Seminar iştirakçıları maraqlandıran suallarla yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR