Bank Of Baku

Nazirlər Kabineti Avropa Komissiyasının “Ədliyyə sahəsində islahatlara dəstək proqramı” çərçivəsində ayırdığı qrantın istifadəsi üzrə Tədbirlər Planını təsdiqləyib

Nazirlər Kabineti Avropa Komissiyasının “Ədliyyə sahəsində islahatlara dəstək proqramı” çərçivəsində ayırdığı qrantın istifadəsi üzrə Tədbirlər Planını təsdiqləyib
# 28 oktyabr 2010 08:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti Avropa Komissiyasının Azərbaycana “Ədliyyə sahəsində islahatlara dəstək proqramı” çərçivəsində ayırdığı 14,5 milyon avro məbləğində qrant vəsaitinin proqramın məqsədləri istiqamətində istifadəsi üzrə Tədbirlər Planını təsdiqləyib. bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabineti Ədliyyə, İqtisadi İnkişaf, Maliyyə nazirliklərinə və digər aidiyyəti təşkilatlara Tədbirlər Planının həyata keçirilməsini təmin etməyi tapşırıb. Qərarda göstərilir ki, sənəd nəzərdə tutulan istiqamətlər üzrə kompleks tədbirlər planının hazırlanmasına, regional ədliyyə şöbələrinin, Ədliyyə Akademiyasının və Penitensiar Xidmətin potensialının artırılmasına, həmçinin məhkumların idarə edilməsi və saxlanma şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək. Planın məqsəd və vəzifələrinə regional ədliyyə şöbələrinin potensialının, Ədliyyə Akademiyasının, Penitensiar Xidmətin potensialının artırılması və məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması daxildir.
Plana əsasən qrantdan “Ədliyyə sahəsində islahatlara dəstək Proqramı” çərçivəsində texniki yardım və təchizat layihələri üçün tender sənədlərinin hazırlanması layihəsinə 2010-2011-ci illərdə Ədliyyə Nazirliyinə 300 min avro, 2011-ci ildə regional ədliyyə şöbələrinin inkişafına dəstək layihəsi (1-ci mərhələ) üzrə Ədliyyə Nazirliyinə 3,5 milyon avro, Ədliyyə Akademiyasının inkişafına dəstək layihəsi (1-ci mərhələ) üzrə 1,2 milyon avro, Penitensiar Xidmətin inkişafına dəstək layihəsi (1-ci mərhələ) üzrə 2 milyon avro, 2012-ci il üçün regional ədliyyə şöbələrinin inkişafına dəstək layihəsinə (2-ci mərhələ) 2,5 milyon avro, Ədliyyə Akademiyasının inkişafına dəstək layihəsinə (2-ci mərhələ) 1,5 milyon avro, Penitensiar xidmətin inkişafına dəstək layihəsinə (2-ci mərhələ) 2012-ci ildə 3,5 milyon avro vəsait yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR