Bank Of Baku

AMEA-nın vitse-prezidenti: “Texnoparklar yeni elmi ideyaların həyata keçirilməsi üçün çox mükəmməl bir mərkəz olacaq”

AMEA-nın vitse-prezidenti: “Texnoparklar yeni elmi ideyaların həyata keçirilməsi üçün çox mükəmməl bir mərkəz olacaq”
# 28 oktyabr 2010 11:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatların aparılması üçün tövsiyə vermək məqsədilə Azərbaycana gələcək UNESCO ekspertlərinin səfəri maliyyələşdirmə ilə əlaqədar hələlik ləngiyir. Amma biz onların səfərindən asılı olmayaraq, 2009-2015-ci illər üzrə Elmin İnkişafı üzəri Milli Strategiyaya uyğun olaraq, işlərimizi görürük”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov deyib. Onun sözlərinə görə, hazırda strategiyanın həyata keçirilməsi üzrə tədbirlər planında nəzərdə tutulan bəndlər üzrə işlər görülür. Bu tədbirlərdən biri olan texnoparkların yaradılması üçün artıq xeyli iş görülüb.

A. Həşimov deyib ki, bu texnoparkı Sənaye və Energetika Nazirliyi, AMEA, AMEA-nın Gəncə Regional Elmi Mərkəzi, Gəncə Büllur Zavodu birlikdə Gəncədə yaratmaq istəyir: “Texnoparkın yaradılması üçün UNESCO-nun bu sahə üzrə ekspertinin verdiyi tövsiyələrdən istifadə edilir. Eyni zamanda, AMEA-nın nümayəndəsi Cənubi Koreyada olaraq, oradakı texnoparklarla tanış olub. Azərbaycanda texnoparkların yaradılması üçün bütün bu təcrübələrdən istifadə edilir”.
A. Həşimov deyib ki, texnoparklar yeni elmi ideyaların həyata keçirilməsi üçün çox mükəmməl bir mərkəz olacaq. Texnoparkın tabeçiliyinə gəldikdə, AMEA rəsmisi deyib ki, o, müştərək bir qurum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR