Bank Of Baku

Lənkəranda bir gündə 39 sürücü inzibati cəza alıb

Lənkəranda bir gündə 39 sürücü inzibati cəza alıb
# 28 oktyabr 2010 15:16 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində reyd keçiriblər. APA-nın cənub bürosunun məlumatına görə, əsas məqsəd avtomaşınlara qoyulan səs gücləndiricilərin, pərdə və plyonkaların, eləcə də sürücülük vəsiqəsi olmayan şəxslərin aşkarlanmasından ibarət olub. Reyd zamanı 100 - ə yaxın avtomaşın DYPB əməkdaşları tərəfindən saxlanılaraq onlara baxış keçirilib. Saxlanılan avtomobil sürücülərindən 30-u yol hərəkəti qaydalarını bu və ya digər hallarda pozduğu üçün inzibati qaydada cərimə olunub. DYPB-nin müfəttişi Şəmsəddin Abdullayevin sözlərinə görə, son günlər keçirilən reydlər zamanı 5 sürücü haqqında avtomobilə görməni məhdudlaşdıran vasitələr vurulmasına görə, 2 sürücü sərxoş vəziyyətdə olduğuna görə, 3 nəfər isə avtomobili idarəetmə hüququ olmadan idarə etdiyinə görə saxlanılıb və onlar barəsində müvafiq inzibati cəza tədbirləri tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR