Bank Of Baku

Bu il Lənkəranda 23 nəfər şəkərli diabet xəstəliyindən ölüb

Bu il  Lənkəranda 23 nəfər şəkərli diabet xəstəliyindən ölüb
# 28 oktyabr 2010 15:37 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda diabetli xəstələrin sayı ildən-ilə artır. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) həkimi Aygün Qasımovanın APA-nın cənub bürosuna verdiyi məlumata görə, hazırda rayon üzrə 2560-a yaxın diabetli xəstə qeydiyyatdadır ki, onlardan da 115 nəfəri bu ilin son 9 ayında qeydiyyata alınıb. Qeydiyyatda olan xəstələrin 90 faizinin 35 yaşdan yuxarı insanların təşkil etdiyini bildirən A. Qasımovanın sözlərinə görə, 2010-cu ilin 9 ayı ərzində 23 nəfər Lənkəran sakini şəkərli diabet xəstəliyindən dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR