Bank Of Baku

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 7% artıb

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 7% artıb
# 29 oktyabr 2010 07:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6% artaraq 319,1 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub.

Cari ilin yanvar-avqust aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 9,6 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib. Ödənişlərin əsas hissəsini mədənçıxarma sənayesi, informasiya və rabitə sahəsi, nəqliyyat və anbar təsərrüfatı, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahələrində, habelə tikintidə çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 174,7 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 290,1 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR