Bank Of Baku

Gələn ildən Azərbaycanda pensiyalar avtomatlaşdırılmış qaydada təyin ediləcək

Gələn ildən Azərbaycanda pensiyalar avtomatlaşdırılmış qaydada təyin ediləcək
# 29 oktyabr 2010 09:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Dövlət Sosial Müdafiə Fondu gələn ildən Azərbaycanda pensiyaların mərkəzləşdirilmiş qaydada təyinatına başlayacaq. APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında DSMF sədri Səlim Müslümov deyib. Onun sözlərinə görə, ailə başçısını itirilməsinə görə və daha bir necə sənəd istisna olmaqla, artıq pensiya təyinatı üçün sənəd istənilməyəcək. Pensiyalar artıq avtomatlaşdırılmış qaydada təyin ediləcək: “Bu məsələdə müəyyən qədər gecikirik. Düşünürdük ki, bu ilin sonunda bu problemi aradan qaldıraq. Sistemin sonu budur. İnsanlar pensiya təyinatı üçün müəyyən sənədlər toplanmamalıdır. Sistemdə olan məlumatlar əsasında ona pensiya təyin edilməlidir. Bunun üçün onların şəxsi fərdi hesabı açılmalıdır. Pensiya hesablayan sistemə gələn ilin ortalarında artıq heç kim staj barədə məlumatı daxil etməyəcək. Bu məlumatı sistem avtomatik olaraq özü əlavə edəcək. Sistem pensiyanı avtomatik hesablayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR