Bank Of Baku

“Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsində start götürmüş “Ədalət naminə Dostunu işarələ” adlı qlobal kampaniyanın üçüncü fazası uğurla başa çatıb

“Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsində start götürmüş “Ədalət naminə Dostunu işarələ” adlı qlobal kampaniyanın  üçüncü fazası uğurla başa çatıb
# 29 oktyabr 2010 10:08 (UTC +04:00)
Bakı-APA. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsində start götürmüş “Ədalət naminə Dostunu işarələ” adlı qlobal kampaniyanın üçüncü fazası uğurla başa çatıb. İKGF-nin Bakı Ofisindən verilən məlumata görə, kampaniya nəticəsində 4 gün ərzində 5000-dən çox insan “Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsinin qonağı olub, 460 nəfər öz dostunu işarələyib və bunun nəticəsi olaraq “Xocalıya ədalət” kampaniyasının yardımı olaraq “Save Darfur” (“Darfuru xilas et”) kampaniyasına maliyyə dəstəyi göstərilib. Kampaniya Facebook sosial şəbəkəsinin verdiyi imkanlardan istifadə edilməklə Xocalı soyqırımı haqqında həqiqətləri daha geniş beynəlxalq auditoriyada, xüsusilə Facebook-un 500 milyon istifadəçisi arasında yaymaq məqsədi güdür.
Kampaniyanın növbəti mərhələsi “Ədalət naminə Dostunu işarələ, Qlobal İstiləşməni dayandır” adlanacaq, dördüncü mərhələ noyabrın 1-də başlanacaq.
Kampaniyanın internet ünvanı belədir: http://www.facebook.com/pages/Justice-for-Khojaly-Campaign/101823787520#!/pages/Justice-for-Khojaly-Campaign/101823787520?v=wall
Qeyd edək ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində 2 il ərzində dünyanın 50-yə yaxın ölkəsində müxtəlif xarakterli tədbirlər və aksiyalar keçirilib. ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınmış rep ifaçısı Toni Bləkman və Azərbaycanın rep qrupu “Dəyirman” tərəfindən ifa edilmiş “Xocalıya ədalət” rep üslublu mahnının təqdimatı Xocalı faciəsi həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynayıb.
Kampaniyanın fəaliyyətini əlaqələndirən İKGF-nin təşəbbüsü ilə bu il Kampalada (Uqanda) İKT üzv dövlətlərin Parlament Birliyi və Düşənbədə (Tacikistan) keçirilən İKT Xarici İşlər Nazirlərinin Konfransı tərəfindən qəbul edilən sənədlərdə Xocalı qırğını “insanlığa qarşı cinayət” kimi qiymətləndirilib. Hal-hazırda kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış petisiyaya beynəlxalq imzatoplama aksiyası keçirilir. http://justiceforkhojaly.org/?p=petition
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR