Bank Of Baku

Gələn ildən Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılmasına başlanacaq

Gələn ildən Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılmasına başlanacaq
# 29 oktyabr 2010 10:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Gələn il Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində əsas addımların atılacağı gözlənilir. APA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, sığorta pensiya sisteminin 2009-2015-ci illər üzrə İnkişafı Dövlət Proqramında özəl pensiya fondlarının yaradılması, ilk növbədə qanunvericilik bazasının formalaşdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondu Dünya Bankı ilə birlikdə hazırda böyük bir layihə üzərində işləyir. Bu layihələrin elementlərindən biri də həmin qanunvericilik bazasının formalaşdırılmasıdır: “Özəl pensiya fondlarının formalaşdırılması çox çətin prosesdir. Əgər pensiya fondları yaradılarsa, onlar öz vəsaitlərini necə yerləşdirəcək və idarəetməni necə həyata keçirəcək, gəlir necə təmin olunacaq? Yəni orta sabun köpüyü kimi bir fond yaranacaq. Sabah o, vəsait yerləşdirə bilməyəndə pensiya yaşı çatan şəxsə öz fondundan pensiya vermək üçün vəsaiti haradan alacaq? Bunların hamısını təmin etmək lazımdır. Bunun üçün də qanunvericilik çox ciddi formada formalaşdırılmalıdır. Oraya verilən vəsaitlərin təkrar sığortası məsələləri də xüsusi olaraq nəzərdə tutulmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR