Bank Of Baku

Gəncədə əlil və şəhid ailələri üçün 36 mənzilli yeni bina inşa olunub

Gəncədə əlil və şəhid ailələri üçün 36 mənzilli yeni bina inşa olunub
# 29 oktyabr 2010 12:18 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncədə ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlara və şəhid ailələrinə yeni mənzillərin orderləri təqdim edilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, orderlərin sahiblərinə əmək və əhlinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Gəncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov təqdim edib. Yeni Gəncə qəsəbəsində tikilmiş 4 mərtəbəli, 36 mənzilli binanın hər mənzili iki otaqdan ibarətdir. Mənzillər müasir standartlara uyğun şəkildə inşa edilib. Qeyd edək ki, cari ilin ötən dövrü ərzində əlil və şəhid ailələri üçün Bakı şəhər Qaradağ rayonunda 81 mənzilli, Cəlilabad, Lənkəran və Balakən rayonlarında hər biri 36 mənzilli, Lerik və Neftçala rayonlarında 16 mənzilli yaşayış binaları əlil və şəhid ailələrin istifadəsinə verilib. Ümumilikdə bu günədək 3500-dən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR